1. Cümlələri mümkün qədər qısa yazın
Tərcümənin sadə və asan başa düşülən olması üçün uzun cümlələrdən mümkün olduqca az istifadə etməyə çalışın. Bu, mətnin oxunaqlılığını artıracaq. Tez-tez özünüzdən soruşun, həqiqətən vacib olan sözlər hansılardır? Demək istədiklərimi necə sadələşdirə bilərəm? Cümlələri ucadan oxuyaraq mətni qısa və oxunaqlı edin.
2. Mümkün olduqca ingilis dilinin standart söz sırasından istifadə edin
Cümlənin qrammatik quruluşunun düzgün olmasına, eləcə də lazımi durğu işarələrinin işlənib-işlənilmədiyinə fikir verin.
3. Məchul növ əvəzinə məlum növdən daha çox istifadə edin
Bu zaman oxucu mətni birbaşa və daha asan başa düşür. “Was” və “by” kimi məchul növ yaradan sözlərdən mümkün qədər istifadə etməyin. Məsələn: The software was upgraded by the user = məchul növ. The user upgraded the software = məlum növ.
4. Frazeoloji birləşmələrdən istifadə etməyin
Frazeoloji birləşmələr tərcüməni çətinləşdirməyə meyllidirlər. Məsələn, “go through” əvəzinə “experience” sözündən istifadə edin. Frazeoloji birləşmələr çoxmənalı və daha az formal olurlar.
5. Tərcümə edilmiş mətni öz dilinizə uyğunlaşdırın
Flektiv quruluşa malik olduğuna görə ingilis dilindəki mətn çox vaxt digər dillərdən daha qısa olur, yəni mətni dilimizə tərcümə edərkən cümlələr daha uzun alınır. Fərqlər yalnız cümlənin uzunluğunda deyil, sözün uzunluğunda da mövcuddur. Proqram təminatı interfeysinin tərcüməsi zamanı bu nüans xüsusilə vacibdir. Dil bələdçilərində UI strinqlərinin qısa və tez anlaşılan olması tələb edilə, yaxud simvol sayı üçün limit qoyula bilər. Bu zaman cümlənin əsas mənasını qorumaqla onu mümkün qədər qısaltmaq lazımdır.
6. Tarixləri tərcümə edərkən diqqətli olun
Hər bir dil üçün hazırlanmış üslub bələdçilərində çəki və ölçü vahidlərinin, temperaturun, tarix və vaxtın, telefon nömrələrinin, valyuta və digər ölçülərin düzgün yazılışı haqqında təlimatlar olur.
Məsələn: 09/07/2021. Sentyabr, yoxsa iyul? Yaşadığınız ölkədən asılı olaraq bu dəyişə bilər. Amerikada sentyabr kimi oxunur, amma ölkəmizdə iyul ayıdır. Ən yaxşı variant ayın adını yazmaqdır. Məs.: 9 iyul 2021. Ay adlarının abreviaturalarından da istifadə edə bilərsiniz. Məs.: 3 yan, 31 noy və sairə.
7. Yumor, dialekt sözlər və metaforaların istifadəsinə xüsusilə fikir verin
Bu cür sözlər adətən ölkənin həyat tərzinə və adət ənənələrinə görə dəyişir. Məsələn, komik məna daşıyan söz digər dildə eyni mənanı ifadə etməyə bilər. Xüsusuilə marketinq materiallarında yumor və metaforalar daha çox işlənir. Hər hansı brendin reklam materiallarını tərcümə edərkən yumor qatmaq lazım olarsa, bu zaman transkreasiya ximdətləri tərcüməçilərin köməyinə çatır. Transkreasiya hədəf auditoriyaya orijinal mətndəki mesajı fərqli yolla ötürməkdir. Bu zaman orijinal və tərcümə edilmiş mətndə üslub və ton eyni olmalıdır.