Son zamanlar dünyanı cənginə alan koronavirus pandemiyası tərcümə sənayesinə də öz təsirini göstərdi. Dil mədəniyyətlərarası ünsiyyət vasitəsi olaraq yeni şərt və reallıqlara uyğunlaşma xüsusiyyətinə malikdir. 2020-ci ildə pandemiyanın dilə və cəmiyyətə göstərdiyi təsir danılmaz bir faktdır. Dünyada tüğyan edən COVID-19 pandemiyası zamanı dilimizdə tez-tez istifadə olunan ifadələrə rast gəlirik. Bu terminlər tərcüməçilər, dilçilər, həkimlər və media işçiləri tərəfindən aktiv şəkildə istifadə edilməkdədir. Koronavirus kontentinə dair materialların çoxluğu tərcüməçilərin xidmətinə ehtiyacı artırmışdır.
Yeni COVID-19 lüğəti
COVID-19 pandemiyası bir çox yeni söz və ifadələrin yaranmasına, eləcə də mövcud terminlərin virus kimi sürətlə yayılmasına şərait yaratdı.
Koronavirus nəticəsində dilə daxil olmuş yeni söz və ifadələr, şübhəsiz ki, uzun illər dünya dilçiləri tərəfindən öyrəniləcək. Sadə bir nümunə olaraq, sosial izolyasiya, sosial məsafə terminlərini misal göstərmək olar.
Əvvəllər mövcud olan və virusla əlaqədar gündəlik həyatımızda daha da geniş istifadə olunmağa başlayan terminlər:

Koronakasiya – korona + tətil: COVID-19 məhdudiyyətlərinə görə məcburi tətil kimi qəbul edilən və evdə keçirilən vaxt.
COVID-19: koronavirus infeksiyasının törətdiyi xəstəlik. 2019-cu ilin dekabr ayında Çinin Vuhan şəhərində infeksiya yaranmazdan əvvəl yeni virus və xəstəlik haqqında heç nə məlum deyildi.
Kovidiot – kovid + axmaq: koronavirusla əlaqədar sağlamlıq və təhlükəsizlik təlimatlarına məhəl qoymayan biri.
Bu neologizmlərdən hansının bizimlə qalacağını və hansının pandemiya bitdikdən sonra unudulacağını əvvəlcədən deyə bilmərik. Yalnız zamanla bunun şahidi olacağıq.
İndi isə hər kəs öz üzərinə düşən məsuliyyəti yerinə yetirərək sosial məsafə saxlamalı və gigiyena qaydalarına əməl etməlidir.