Son bir neçə ildə biznes dünyasında çoxlu dəyişikliklərin şahidi olduğumuz bir vaxtda 2022-ci ildə üstünlük təşkil edəcək tərcümə və lokalizasiya trendləri haqqında məlumat almaq daha faydalı olar.
Digər sektorlar kimi tərcümə sahəsi də pandemiyada sıxıntılı dövr yaşadı, lakin sonradan vəziyyət müsbətə doğru dəyişdi. Tərcümə sektoru pandemiya dövründə yeni trendlər kəşf edərək 2022-ci ilə daha hazırlıqlı başladı.
- Altyazı tərcüməsi
Altyazı tərcüməsi xidmətindən istifadə edərək ingilis dilini yeni öyrənməyə başlayan auditoriyanız üçün video məzmununuzu əlçatan edə bilərsiniz. Videonu dublyaj etdirməkdənsə (bir az daha bahalı ola bilər), bunun əvəzinə altyazını hədəf dilə tərcümə etdirə bilərsiniz. Həmçinin bu, səssiz rejimdə videolara baxanlar üçün əlverişli ola bilər.
- Veb-sayt lokalizasiyası
COVID-19 pandemiyası bəşəriyyətə olan ağır təsirləri ilə bərabər, həmçinin bir neçə sektorun inkişafına təkan verdi.
Qlobal e-ticarət sektoru 2021-ci ildə satışlarda 16%-dən 19%-ə qədər artım yaşadı. Bu artım onlayn biznes sayəsində əldə olundu. Bir çox şirkətlər artıq bunun fərqindədir və diqqətini onlayn sahəyə çevirməyə başlayıblar. Onlayn bizneslə məşğul olmaq sizi sadəcə bir ölkə ilə məhdudlaşdırmır. Bunu uğurla həyata keçirməkdə sizə lokalizasiya yardımçı olacaq.
- Tibbi tərcümə
COVID-19 pandemiyasının təsir göstərdiyi digər sahə tibbi tərcümədir. Dünya miqyasında ölkələr peyvənd yaratmaq və xəstəliyə nəzarət etmək üçün sürətlə dəyişən vəziyyətdə ünsiyyət qurmalı olurlar. Tibb və əczaçılıqla bağlı tədqiqat, məlumat və kəşfləri dünya miqyasında çatdırmaq üçün tərcümənin rolu əvəzsizdir.
- Maşın tərcüməsinin redaktəsi
Maşın tərcüməsinin redaktəsinə (MTPE) tərcümənin nəzərdən keçirilməsi və redaktə edilməsi daxildir. Bu proses peşəkar dilçi və ya tərcümə şirkəti tərəfindən aparılır, tərcümənin keyfiyyətini təmin etmək üçün zəruri addımdır.
COVID-19 pandemiyasının davam etdiyi bu ildə böyük böhranı fürsətə çevirməyi öyrəndik.
TLC Baku olaraq dil baryerini aradan qaldıraraq müştərilərimizə beynəlxalq əlaqələr yaratmağa kömək edirik. Yalnız məzmunu tərcümə etmirik, həm də məxəz dilin mesajını hədəf dilin auditoriyasına çatdırırq.