info@tlcbaku.com/az
12 Nigar Rəfibəyli, Bakı 1005, Passage 1901

Film tərcüməsinin asan yolu

Film tərcüməsinin asan yolu

Yaşadığımız yerdən və danışdığımız dildən asılı olmayaraq film çoxumuzun sevərək izlədiyi kontentdir. Əksər insanlar filmlərə aktyorların ötürdüyü hissləri birbaşa duymaq, onların səs tonunu eşitmək və filmin məğzini, replikaları təhrifsiz anlaya bilmək üçün subtitrlərdən istifadə edərək orijinal dildə baxmağa üstünlük verir. Əsas problemli məqam isə əksər filmlərin birdən çox dilə tərcümə edilməsi üçün büdcəsinin olmamasıdır, bu zaman ən çox tələbat olan auditoriyanın dili əsas götürülür. Yəni yerləşdiyiniz yerdən asılı olaraq filmi başa düşməyə bilərsiniz. Bununla belə, sevdiyiniz filmlərə öz dilinizdə subtitr əlavə etmək imkanınız var. Filmin subtitrlərini tərcümə etmək çox çətin proses deyil, lakin biraz vaxt və səbr tələb edir.

Bu bloq subtitri olmayan filmlərə subtitrlər əlavə edərək əyləncəli yolla tərcümə bacarıqlarını inkişaf etdirməkdən bəhs edir.

Bunun üçün aşağıdakı addımları izləyin:

  1. Filmlərə yalnız kompüterdən subtitr əlavə etmək mükündür.
  2. Subtitrini tərcümə edəcəyiniz filmi daha yaxşı anlamaq, hərfi tərcüməyə yol verməmək üçün onu sona qədər diqqətlə izləyin.
  3. Filmin orijinal dildəki subtitrini kompüterinizə yükləyin. Bunun üçün aşağıdakı saytlarda axtarış hissəsinə filmin adını yazaraq subtitrlərini tapıb yükləyə bilərsiniz:
  4. www.opensubtitles.org
  5. http://subflicks.com
  6. https://yifysubtitles.org
  1. Subtitr faylları adətən .SRT sonluğu ilə bitir.
  2. Kompüterinizə yüklənmiş faylı aşağıdakı sayta yükləyin:

https://translatesubtitles.co/index.php

  1. Açılan səhifədə ardıcıllıqla filmin müddətinə əsasən subtitrin başlama və bitmə vaxtı, orijinal mətni və redaktə edilə bilən tərcümə mətni bölmələri yerləşir. Maşın tərcüməsini əlavə etmək üçün yuxarıdakı “Google Translate” ikonası olan düyməyə basa bilərsiniz.
  2. Sonda isə tərcümə edilmiş subtitrləri fayl kimi endirə bilərsiniz.
  3. Hər sətri tərcümə edərkən sinxron olaraq filmi izləmək tövsiyə olunur.
  4. Yazdığınız subtitri digər insanların yararlanması məqsədilə töhfə vermək üçün subtitrin orijinalını endirdiyiniz saytlarda qeydiyyatdan keçərək geri yükləyə bilərsiniz.

            Film subtitrlərini tərcümə edərək lüğət ehtiyatınızı zənginləşdirə, yeni frazalar öyrənə, göz yaddaşınızı gücləndirə və ən əsası, tərcümə bacarıqlarınızı təkmilləşdirə bilərsiniz.